...

Türkmənistan Xəzər ekoloji forumunun təşkilini təklif edir

Cəmiyyət Materials 24 Sentyabr 2011 15:58 (UTC +04:00)
Xəzər ekoloji forumunun təşkilinin zəruriliyi barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov cümə günü Nyu Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı bəyanat verib.
Türkmənistan Xəzər ekoloji forumunun təşkilini təklif edir

Türkmənistan, Aşqabad, 24 sentyabr /Trend, müxbir H.Həsənov/

Xəzər ekoloji forumunun təşkilinin zəruriliyi barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov cümə günü Nyu Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı bəyanat verib.

"Xəzər dənizinin ekologiyası regional çərçivədən çox uzağa çıxan ən əhəmiyyətli məsələdir. Biz Xəzərin unikal təbii sərvətlərinin mühafizəsi üçün beynəlxalq səylərə konkret məzmunun verilməsinin vacibliyinə əminik", - Trend-in məlumatına görə, Berdiməhəmmədovun şənbə günü yerli mətbuatda nəşr olunmuş çıxışının mətnində deyilir.

"Bununla əlaqədar olaraq, biz Xəzər hövzəsində ətraf mühitin mühafizəsi məsələlərinin nəzərdən keçirilməsi və müvafiq təklif və tövsiyələrin hazırlanması üçün daimi fəaliyyətdə olan orqan kimi Xəzər ekoloji forumunun təşkil edilməsini təklif edirik", - Prezident Nyu Yorkda deyib.

Xəbər lenti

Xəbər lenti