...

Ekologiya Nazirliyi "Beynəlxalq dəniz həftəsi" çərçivəsində tədbirlərini davam etdirir

Cəmiyyət Materials 27 Sentyabr 2011 16:25 (UTC +04:00)
"Beynəlxalq dəniz həftəsi" ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən hər il ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.
Ekologiya Nazirliyi "Beynəlxalq dəniz həftəsi" çərçivəsində tədbirlərini davam etdirir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir T.Hacıyev/

"Beynəlxalq dəniz həftəsi" ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən hər il ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır. Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "Xəzər həftəsi"nin yüksək səviyyədə qeyd olunması məqsədilə ETSN cari ilin 26-30 sentyabr tarixlərini əhatə etməklə, xüsusi tədbirlər planı hazırlayaraq ardıcıllıqla həyata keçirir.

Sentyabrın 27-də Bakı şəhəri Binəqədi rayonunun 3, 102, 157 və 276 saylı orta məktəblərində "Mavi Xəzərimiz" mövzusunda lektoriyalar keçirilib.

Lektoriyalarda nazirliyin mütəxəssisləri iştirak edərək Beynəlxalq Dəniz Gününün məqsədi, Xəzərin ekoloji problemlərinin həlli istiqamətində görülmüş işlər barədə şagirdlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar. Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırladığı təbliğat xarakterli videoçarxlar nümayiş etdirilib.

Respublikanın Xəzərsahili (Nabran, Sumqayıt, Neftçala, Lənkəran) şəhər və rayonlarının orta təhsil müəssisələrində də "Xəzər həftəsi"nin qeyd olunması məqsədilə müvafiq tədbirlər keçirilib.

Xəbər lenti

Xəbər lenti