Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Hacıyev/
Ali məktəblərin dövlət sifarişli plan yerləri barədə məlumatın oktyabr ayında müəyyənləşəcəyi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
"Nazirlər Kabinetindən bildirmişdilər ki, dövlət sifarişli yerlərin sayı və tərkibi haqqında məlumat sentyabr ayında TQDK-ya təqdim olunacaq, lakin hələ TQDK-ya bu məlumat daxil olmayıb. Ümid edirik ki, oktyabr ayında biz bu məlumatı əldə edəcəyik, əldə etdiyimiz zaman dərhal dərc edəcəyik", - Abbaszadə əlavə edib.
Ali məktəblərin dövlət sifarişli plan yerləri barədə məlumat oktyabrda müəyyənləşəcək
Ali məktəblərin dövlət sifarişli plan yerləri barədə məlumatın oktyabr ayında müəyyənləşəcəyi gözlənilir.