...

Sabah Azərbaycan ərazisində temperatur 30 dərəcəyə yüksələcək

Cəmiyyət Materials 11 Oktyabr 2011 11:59 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində temperatur 30 dərəcəyə qalxacaq
Sabah Azərbaycan ərazisində temperatur 30 dərəcəyə yüksələcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycan ərazisində temperatur 30 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 24-29 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək, bəzi dağlıq və dağətəyi rayonlarda güclü olacaq.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 10-14, gündüz 21-26 dərəcə təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti