...

Azərbaycanda rezidenturaya ixtisas seçiminin müddəti uzadılıb

Cəmiyyət Materials 11 Oktyabr 2011 15:59 (UTC +04:00)
Azərbaycanda rezidenturaya ixtisas seçiminin müddəti bir gün uzadılıb.
Azərbaycanda rezidenturaya ixtisas seçiminin müddəti uzadılıb

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda rezidenturaya ixtisas seçiminin müddəti bir gün uzadılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə çərşənbə axşamı Trend-ə bildirib ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində aparılan qazıntı işləri zamanı TQDK-nın internet xətləri zədələnib. Bununla əlaqədar oktyabrın 11-də saat 12:00-dan etibarən TQDK-nın internet saytına daxil olmaq mümkün deyil.

Hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür. Əsas internet xətti tam bərpa olunanadək müvəqqəti xətdən istifadə ediləcək. Bununla əlaqədar rezidenturaya ixtisas seçiminin müddəti oktyabrın 14-ü saat 14:00-dək uzadılıb.

Rezidenturaya boş qalan 3 vakant yerə ixtisas seçimi bu gün başlayıb. İxtisas seçiminin oktyabrın 13-də başa çatması nəzərdə tutulurdu.

Xəbər lenti

Xəbər lenti