...

Bakının Dənizkənarı Parkında velosipedçilər üçün xüsusi zolaq yaradılacaq

Cəmiyyət Materials 20 Oktyabr 2011 16:54 (UTC +04:00)
Bakıda Dənizkənarı Milli Parkda velosipedçilər üçün xüsusi zolaq yaradılacaq.
Bakının Dənizkənarı Parkında velosipedçilər üçün xüsusi zolaq yaradılacaq

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir A.Axundov/

Bakıda Dənizkənarı Milli Parkda velosipedçilər üçün xüsusi zolaq yaradılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "BakuBuild 2011" sərgisi çərçivəsində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) keçirdiyi geniş iclas zamanı Bakı Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

"Bu zolaq ayrıca rənglə ayrılacaq və günün 24 saatı işləyəcək", - Məcidov bildirib.

Onun sözlərinə, Dənizkənarı Parkın tikilməkdə olan yeni hissəsində uşaqlar, qocalar üçün də idman meydançası olacaq.

"Bununla yanaşı, əlillərin maraqları da nəzərə alınacaq", - Məcidov deyib.

Xəbər lenti

Xəbər lenti