...

Azərbaycanda daha çox hansı fənlərin müəllimlərinə tələbat olduğu açıqlanıb

Cəmiyyət Materials 24 Oktyabr 2011 14:06 (UTC +04:00)
2011/2012-ci tədris ilinin əvvəlinə Azərbaycanın əyani ümumi təhsil müəssisələrində 2903 nəfər pedaqoji kadra ehtiyac olub.
Azərbaycanda daha çox hansı fənlərin müəllimlərinə tələbat olduğu açıqlanıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ilinin əvvəlinə Azərbaycanın əyani ümumi təhsil müəssisələrində 2903 nəfər pedaqoji kadra ehtiyac olub. Dövlət Statistika Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, kənd yerlərində 2389, şəhər yerlərində 514 nəfər əlavə pedaqoji kadra ehtiyac yaranıb ki, bu da ötən tədris ili ilə müqayisədə 1043 nəfər çoxdur.

Ehtiyac duyulan kadrların sayı kənd yerlərində 827, şəhər yerlərində 216 nəfər artıb. Kənd yerlərində müəllimlərə tələbat əsasən kimya (331 müəllim), coğrafiya (292), Azərbaycan dili və ədəbiyyat (247), biologiya (229), fizika (205), informatika (183), tarix (182) və riyaziyyat fənləri üzrə (148) olub.

Kənd yerləri üzrə müəllimlərə daha çox ehtiyac Quba (223), Laçın (125), Yardımlı (116), Gədəbəy (112), Xaçmaz (93) və Şabran (92) rayonlarında olub.

Şəhər yerləri üzrə müəllimlərə əlavə tələb ilk növbədə fiziki tərbiyə (68), Azərbaycan dili və ədəbiyyat (50), ingilis dili (50), tarix (44), riyaziyyat (43) və fizika (39) fənləri üzrə və Bakı şəhərinin Sabunçu (96), Xəzər (44), Səbayel (35), Qaradağ (31) rayonlarında, Şirvan (10) və Naxçıvan (69) şəhərində olub.

Xəbər lenti

Xəbər lenti