...

Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən 44 nəfər həbs edilib

Cəmiyyət Materials 1 Noyabr 2011 18:18 (UTC +04:00)
Bu gün Türkiyədə Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqədə şübhəli bilinən 44 nəfər həbs edilib.
Türkiyədə PKK ilə əlaqədə şübhəli bilinən 44 nəfər həbs edilib

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir A.Tağıyeva/

Bu gün Türkiyədə Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqədə şübhəli bilinən 44 nəfər həbs edilib. Bu barədə Trend çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən məlumat verir.

Həbs edilənlər PKK-ya dəstək aksiyalarının planlaşdırılmasında təqsirləndirilir.

PKK ötən həftə Türkiyə paytaxtının mərkəzində dövlət qurumlarının yaxınlığında üç nəfərin ölümü, 34-nün yaralanması ilə nəticələnən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti