...

Azərbaycan ombudsmanı müvəqqəti saxlama təcridxanalarına baxış keçirib

Cəmiyyət Materials 4 Noyabr 2011 18:35 (UTC +04:00)
Elmira Süleymanova Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Ombudsman Aparatının, habelə Quba regional mərkəzinin əməkdaşları ilə birgə Quba, Şabran və Siyəzən rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanaları (MST) baxış keçirib.
Azərbaycan ombudsmanı müvəqqəti saxlama təcridxanalarına baxış keçirib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycan ombudsmanı Elmira Süleymanova Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Ombudsman Aparatının, habelə Quba regional mərkəzinin əməkdaşları ilə birgə Quba, Şabran və Siyəzən rayon polis şöbələrinin müvəqqəti saxlama təcridxanaları (MST) baxış keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, baxış zamanı saxlanılan şəxslərlə təkbətək söhbət aparılıb, onlara hüquqları izah olunub, saxlanılmanın qanuniliyini təsdiq edən sənədlər yoxlanılıb.
Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq bildirməyiblər.

Habelə, saxlanma şəraitinin müvafiq normalara uyğunluğu, həmin şəxslərin vəkillə təmin olunması, hər hansı kobud rəftara məruz qalıb-qalmaması, tibbi yardımın göstərilməsi, saxlanma şəraiti ilə əlaqədar kameraların normal işıqlanma və ventilyasiyası, ibadət otağının olması, gündəlik isti yeməyin verilməsi, gigiyena tələblərinə riayət edilməsi vəziyyəti yoxlanılıb.

Eyni zamanda Şabran RPŞ MST-nin kameralarında stol və oturacaqların olmadığı, bu MST-nin saxlanma şəraitində, habelə Şabran və Siyəzən RPŞ MST-lərində sənədlərin tərtibində müəyyən çatışmazlıqlar aşkar edilib. Qeyd olunan nöqsanlar bu müəssisələrin rəhbərliyinin diqqətinə çatdırılıb və aradan qaldırılması üçün tapşırıqlar verilib.

Ombudsman baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Xəbər lenti

Xəbər lenti