Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir B.Hacıyev/
Dünya şöhrətli boksçu Co Freyzer 67 yaşında dünyasını dəyişib. Trend-in məlumatına görə, idmançı qaraciyər xərçəngindən əziyyət çəkirdi.
Co Freyzer ağır çəki dərəcəsində çıxış edib. O, 1964-cü ildə Olimpiya çempionu olub.
Amma Co Freyzer Məhəmməd Əli ilə döyüşlərinə görə boks tarixinə düşüb. O, 1971-ci ildə Məhəmməd Əliyə qalib gələn ilk boksçu olub. Nyu Yorkda baş tutan bu döyüş KİV tərəfindən "Minilliyin döyüşü" adlandırılmışdı. 1974 və 1975-ci illərdə də məşhur boksçular rinqdə qarşılaşmışdılar. Lakin Co Freyzer hər iki döyüşdə uduzmuşdu.
1976-cı ildə Co Freyzer peşəkar karyerasının başa çatdığını bildirib. O, bundan sonra rinqə yalnız bir dəfə - 1981-ci ildə qayıdıb.