...

Azərbaycanda suvenir və xatirə əşyalarının istehsalı ilə bağlı investisiya layihələri həyata keçiriləcək

Cəmiyyət Materials 16 Noyabr 2011 15:34 (UTC +04:00)
Nazirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, investisiya layihəsi çərçivəsində görüləcək işlərə dair bir neçə tövsiyə var.
Azərbaycanda suvenir və xatirə əşyalarının istehsalı ilə bağlı investisiya layihələri həyata keçiriləcək

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu son dövrlərdə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivallarının keçirildiyini, ölkəmizə gələn turistlərin ildən-ilə artdığını, eləcə də "Eurovision 2012" mahnı müsabiqəsinin gələn il Bakıda təşkil olunacağını nəzərə alaraq, milli, mənəvi və mədəni dəyərlərimizi özündə əks etdirən suvenir və xatirə əşyalarının (tikiş, toxuma, heykəltəraşlıq, oyma sənəti nümunələri, aksesuarlar və s.) istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbulunu elan edir.

Nazirlikdən çərşənbə günü Trend-ə verilən məlumata görə, investisiya layihəsi çərçivəsində görüləcək işlərə dair bir neçə tövsiyə var. Bu tövsiyələr ölkəmizin milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının (tikiş, toxuma, heykəltəraşlıq və oyma sənəti nümunələri, aksesuarlar və s.) istehsalının, qablaşdırılmasının və satışının təşkil olunması, investisiya layihəsi çərçivəsində suvenirlərin istehsalında yüksək dizayn xidmətlərinin təşkili, investisiya layihəsinin təqdim edilməsidir. Sahibkarlıq subyektləri investisiya layihələrini müvəkkil kredit təşkilatlarına təqdim edə bilərlər. Müvəkkil kredit təşkilatlarının siyahısı və ünvanını Sahibkarlığa Kömək Milli Fondunun saytından (www.anfes.gov.az) əldə etmək olar.

Təqdim edilmiş investisiya təkliflərinə qanunvericiliyə uyğun olaraq, Sahibkarlığa Kömək Milli Fondunda baxılacaq. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.

Xəbər lenti

Xəbər lenti