Azərbaycan, Bakı, 22 noyabr /Trend/
Aparılan təmir-bərpa işləri ilə əlaqədar noyabrın 22-də saat 17:00-dan Səbail rayonu ərazisindən keçən orta təzyiqli kəmərdə qaz təchizatında məhdudiyyət yaranacaq.
Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, işlərin aparıldığı dövrdə Səbail rayonunun Badamdar və Bayıl qəsəbələrində, İçərişəhər ərazisində, habelə Zərifə Əliyeva və Neftçilər prospektlərində qaz təchizatında fasilələr olacaq.
Bakının mərkəzində qazın verilişində fasilələr olacaq
Aparılan təmir-bərpa işləri ilə əlaqədar noyabrın 22-də saat 17:00-dan Səbail rayonu ərazisindən keçən orta təzyiqli kəmərdə qaz təchizatında məhdudiyyət yaranacaq.
