...

Azərbaycanda hərbi məcəllə qəbul edilə bilər

Cəmiyyət Materials 29 Noyabr 2011 17:20 (UTC +04:00)
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc çərşənbə günü Trend-ə bildirib ki, hərbi sahədəki qanunvericiliyin vahid bir sənəddə cəmləşməsi zəruridir.
Azərbaycanda hərbi məcəllə qəbul edilə bilər

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda hərbi məcəllənin hazırlanmasına zərurət var.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc çərşənbə axşamı Trend-ə bildirib ki, hərbi sahədəki qanunvericiliyin vahid bir sənəddə cəmləşməsi zəruridir.

"Bu mövqe təkcə mənim subyektiv düşüncəm deyil, eyni zamanda, beynəlxalq praktikada özünü göstərmiş haldır. Hərbi islahatların dərinləşdirilməsi, beynəlxalq mütərəqqi sistemlərə inteqrasiya etmək, o cümlədən operativ idarəçiliyin təminatı, kollegialçılıq, hərbi vəzifələrin bir sıra hallarda mülki vəzifələrlə əvəzlənməsi və s. kimi mühüm və ictimai nəzarəti təmin edən addımlar bu qanun və digərləri ilə müəyyənləşməlidir", - komitə üzvü deyib.

Onun fikrincə, bu, bütövlükdə təhlükəsizliyimizin qorunmasına, müdafiə qabiliyyətimizin güclənməsinə də ancaq müsbət təsir göstərərdi.

Zahid Oruc gələcəkdə Azərbaycanda hərbi məcəllənin hazırlanması və qəbulunu mümkün sayır.

Xəbər lenti

Xəbər lenti