...

Bakıda V Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

Cəmiyyət Materials 1 Dekabr 2011 14:12 (UTC +04:00)
Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda V Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.
Bakıda V Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək

Azərbaycan, Bakı, 1 dekabr / Trend müxbir İ.İsabalayeva/

Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda V Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, festival dekabrın 4-10-da təşkil olunacaq.

Festivalda iştirak etmək üçün Rusiya, Belçika, ABŞ, Almaniya, Cənubi Koreya, Fransadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Viktor Tretyakov, Dmitri Yurovski, So Younq Yoon, İqnat Soljenitsın, Antverpen Simfonik Orkestri, Nijni Novqorod Simfonik Orkestri, Qalina Vişnevskayanın Opera Mərkəzi, Vsevolod Quzov, Ensemble Orchestral de Paris, Lourens Foster, Jan İv Tibode və başqaları iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti