...

ATƏT-in Bakı ofisi Penitensiar Xidmət əməkdaşları üçün növbəti təlim keçirib

Cəmiyyət Materials 13 Dekabr 2011 19:06 (UTC +04:00)

Аzərbaycan, Bakı, 13 dekabr /Trend/

ATƏT-in Bakı ofisi tərəfindən dekabrın 12-13-də Gəncə şəhərində saxlanma yerlərində şübhəli və təqsirləndirilən şəxslərlə rəftara dair polis və Penitensiar Xidmət işçiləri üçün növbəti təlim keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Gəncə Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində keçirilən tədbirdə Xidməti 2 saylı istintaq təcridxanasının 10 nəfər əməkdaşı və ekspert qismində müəssisənin rəisi ədliyyə polkovnik-leytenantı Şakir Bayramov təmsil ediblər.

Beynəlxalq ekspert Trevor Servis və ATƏT-in Bakı ofisinin Qanunun aliliyi şöbəsinin əməkdaşı - hüquq məsələləri üzrə mütəxəssis Hans İnge Yorstad tədbirdə iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti