...

Azərbaycan Səhiyyə Nazirliyində rezidentura ilə bağlı xüsusi şöbə yaradılıb

Cəmiyyət Materials 28 Dekabr 2011 13:58 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyində rezidentura ilə bağlı xüsusi şöbə yaradılıb
Azərbaycan Səhiyyə Nazirliyində rezidentura ilə bağlı xüsusi şöbə yaradılıb

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyində rezidentura ilə bağlı xüsusi şöbə yaradılıb. Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Abbaszadə bunun çox mütərəqqi addım olduğunu bildirib.

"Çünki rezidenturada təhsil tək Tibb Universitetində yox, Səhiyyə Nazirliyinin müəssisələrində də aparılır" TQDK sədri deyib.

Abbaszadə qeyd edib ki, hazırda TQDK Səhiyyə Nazirliyi və Tibb Universiteti ilə birgə gələn il rezidenturaya keçiriləcək qəbul imtahanlarının qaydaları və imtahanın məzmunu üzərində iş aparır.

Xəbər lenti

Xəbər lenti