...

Bakının mərkəzində və əksər rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 7 Yanvar 2012 12:00 (UTC +04:00)
Dövlət Bayraq Meydanı ərazisində aparılan tikinti işləri ilə əlaqədar buradan keçən 500 mm-lik magistral su kəməri başqa əraziyə köçürülür
Bakının mərkəzində və əksər rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Dövlət Bayraq Meydanı ərazisində aparılan tikinti işləri ilə əlaqədar buradan keçən 500 mm-lik magistral su kəməri başqa əraziyə köçürülür. Bununla əlaqədar yanvarın 7-də Səbail rayonunun bəzi hissələrinə (Z.Əliyeva, Ü.Hacıbəyov küçələri, Neftçilər prospekti, Bayıl qəsəbəsi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə şənbə günü Trend-ə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, eyni zamanda Bakı şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən layihələrə uyğun olaraq yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması prosesi aparılır. Paytaxtın şərq hissəsində yerləşən "+ 69 Şərq" su anbarında yeni xətlərin şəbəkəyə qoşulması, həmçinin Kür Sutəmizləyici Qurğular Kompleksindən Bakıya içməli su nəql edən kəmərdə aparılan təmir işləri ilə əlaqədar Bakının Qaradağ, Binəqədi, Nizami, Suraxanı və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılıb.

Bununla əlaqədar yanvarın 7-8-də həmin ərazilərə içməli su fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" Açıq Səhmdar Cəmiyyəti abonentlərdən üzr istəyir.

Xəbər lenti

Xəbər lenti