Azərbaycan, Bakı, 20 yanvar /Trend/
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti "İrəli" İctimai Birliyi, "Standart Insurance" və "Qarant Sığorta" şirkətləri ilə birgə "Sığorta Akademiyası" layihəsinə start verib.
İctimai Birlikdən cümə günü Trend-ə verilən məlumata görə, layihənin məqsədi gənclər arasında sığorta sahəsində biliklərin artırılması, gənclərin sığorta mədəniyyətinin yüksəldilməsidir.
Layihə çərçivəsində üç ay müddətində ölkənin sığorta sahəsində ən tanınmış mütəxəssisləri tərəfindən aparılacaq intensiv kurslar, sığorta şirkətlərində praktika, interaktiv müzakirələr təşkil olunacaq. Layihəni uğurla başa vuran gənclər ölkənin ən böyük sığorta şirkətlərində işlə təmin olunacaqlar.
Layihəyə ümumilikdə 212 nəfər müraciət edib, onlardan yalnız 25 nəfəri layihədə iştirak hüququ qazanıb.