...

Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edildi

Cəmiyyət Materials 30 Yanvar 2012 14:44 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar meteohəssas insanlara xəbərdarlıq edib.
Azərbaycanda meteohəssas insanlara xəbərdarlıq edildi

Azərbaycan, Bakı, 30 yanvar / Trend müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar meteohəssas insanlara xəbərdarlıq edib.

Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, yanvarın 31-də və fevralın 1-də soyuq diskomfort şərait meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, havanın oksigenlə zəngin və təmiz olması müsbət amildir. Fevralın 2-də hava şəraitinin yenidən kəskinləşməsi, güclü xəzri küləyi və qarla müşayiət olunan bərk şaxtalı hava meteohəssas insanlar üçün çox əlverişsiz olacaq. Bu zaman uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-4 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında yanvarın 31-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbər lenti

Xəbər lenti