...

İslandiya, Macarıstan və Norveç "Eurovision" təmsilçilərini seçir

Cəmiyyət Materials 30 Yanvar 2012 19:08 (UTC +04:00)
İslandiyanın "Eurovision 2012" mahnı müsabiqəsi təmsilçisinin seçilməsi üzrə keçirilən "Söngvakeppni Sjónvarpsins" müsabiqəsinin sonuncu yarımfinalı olub.
İslandiya, Macarıstan və Norveç "Eurovision" təmsilçilərini seçir

Azərbaycan, Bakı 30 Yanvar /Trend/

İslandiyanın "Eurovision 2012" mahnı müsabiqəsi təmsilçisinin seçilməsi üzrə keçirilən "Söngvakeppni Sjónvarpsins" müsabiqəsinin sonuncu yarımfinalı olub. Nəticələrə əsasən, finalda 7 iştirakçı yarışacaq. Bu barədə Trend bazar ertəsi müsabiqənin rəsmi saytına istinadən xəbər verir.

Macarıstanda da milli seçimlərin 4 finalçısı məlum olub. Sonuncu yarımfinalın nəticələrinə görə, münsiflər heyəti tərəfindən finala Compact Disco, Gábor Heincz, Gabi Tóth və Caramel layıq görülüb.

Norveçin Larvik şəhərində ölkənin builki "Eurovision" mahnı müsabiqəsində təmsilçisinin müəyyənləşməsi üzrə keçirilən Melodi Grand Prix müsabiqəsinin ikinci yarımfinalı olub. Nəticələrə əsasən, fevralın 11-də keçiriləcək milli finalda Plumbo ("Ola Normann"), Tommy Fredvang ("Make It Better") və Malin Reitan ("Crush") təmsilçilik adı uğrunda mübarizə aparacaq.

Azərbaycan 2011-ci ilin mayında Düsseldorfda keçirilən "Eurovision" müsabiqəsində qələbə çalaraq Avropanın məşhur yarışmasına ev sahibliyi etmək hüququ qazanıb.

May ayının 22-si və 24-də "Eurovision 2012"-nin yarımfinal, 26-da isə final mərhələsi keçiriləcək.

57-ci "Eurovision" mahnı müsabiqəsi Bayraq meydanında inşa olunan "Baku Crystal Hall"da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti