...

Kürün Azərbaycan hissəsinin bəzi yerləri donub

Cəmiyyət Materials 6 Fevral 2012 17:49 (UTC +04:00)
Azərbaycan ərazisində müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar Kürün Ağstafa rayonundakı Qıraqkəsəmən ərazisindən keçən hissəsində donma baş verib.
Kürün Azərbaycan hissəsinin bəzi yerləri donub

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində müşahidə edilən şaxtalı hava şəraiti ilə əlaqədar Kürün Ağstafa rayonundakı Qıraqkəsəmən ərazisindən keçən hissəsində donma baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev isə bazar ertəsi Trend-ə deyib ki, donma yalnız çayın kənar hissələrində baş verib. Çayın orta hissəsində isə su axır.

Verdiyev deyib ki, hazırda müşahidə edilən donma müvəqqətidir. Havalar istiləşən kimi çayın buzu əriyəcək.

Baş hidroloq deyib ki, Kürün Gürçustandan keçən hissəsində - Tbilisi şəhərinin yuxarı hissəsindəki hidroelektrik stansiyanın üzü donub, çay özu isə donmayıb.

ETSN-in İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov isə bazar ertəsi Trend-ə deyib ki, fevralın 8-də gözlənilən kəskin şaxtalı hava şəraiti ilə əlaqədar Kürə axan bəzi çaylarda donma baş verə bilər. Donmalar Kürə axan xırda çaylarda ola bilər. Amma dərin axar çaylarda donma baş verəcəyi gözlənilmir.

Xəbər lenti

Xəbər lenti