...

Azərbaycanda nikaha girənlərdən tibbi arayışın tələb olunmasının bu il qanunvericiliyə salınması gözlənilir

Cəmiyyət Materials 8 Fevral 2012 16:59 (UTC +04:00)
Azərbaycanda nikaha girənlərdən tibbi arayışın tələb olunmasının Milli Məclisin bu il yaz sessiyasında qanunvericiliyə salınması gözlənilir.
Azərbaycanda nikaha girənlərdən tibbi arayışın tələb olunmasının bu il qanunvericiliyə salınması gözlənilir

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanda nikaha girənlərdən tibbi arayışın tələb olunmasının Milli Məclisin bu il yaz sessiyasında qanunvericiliyə salınması gözlənilir. Bu barədə Trend-ə çərşənbə günü Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Ailə Məcəlləsinə bununla bağlı müvafiq əlavə parlamentin yaz sessiyası ərzində komitədə müzakirə olunacaq və plenar iclasa tövsiyə olunacaq.

Rəcəbli deyib ki, bununla da Azərbaycanda nikaha girən şəxslərin tibbi arayış alması məcburi olacaq.

Rəcəbli öncə də bildirmişdi ki, həm nikah dövründə, həm də boşanma zamanı bir sıra problemlər ortaya çıxır ki, bu da tibbi arayışın alınmasını vacib edir.

"Gənclər nikaha girirlər, sonra məlum olur ki, oğlan narkomandır, yaxud hər ikisi talassemiya xəstəliyinin daşıyıcısdır və dünyaya gətirdikləri övlad da xəstə olacaq. Bütün bunlar onu göstərir ki, nikaha girənlər bir-birilərinə mütləq tibbi arayş təqdim etməlidirlər. Burada konfidensiallıq məsələsi var, nikaha girən gənclər və vətəndaş vəziyyəti aktlarının qeydiyyatı idarəsinin rəisi, bir də həkimlər sirr daşıyıcısı olacaqlar. Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı idarəsinin rəisinə sirr daşıyıcısı subyekti statusu veriləcək. O, qanunla nikaha girən gənclərin hansı xəstəliyin daşıyıcısı olduğunu yaymamağa məsul olacaq", - o deyib.

2011-ci ildə ölkədə 88 151 nikah qeydə alınıb. 10 801 nikahın pozulması faktı qeydə alınıb ki, bu da 2010-cu ildə qeydə alınan boşanmaların sayı ilə müqayisədə 1901 fakt artıb.

Xəbər lenti

Xəbər lenti