...

Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis qurultayı keçiriləcək

Cəmiyyət Materials 10 Fevral 2012 16:06 (UTC +04:00)
Bakı şəhərində mart ayının 12-də Dünya Azərbaycanlı Gəncləri Birliyinin (DAGB) təsis qurultayı keçiriləcək.
Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis qurultayı keçiriləcək

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir M.Əliyev/

Bakı şəhərində mart ayının 12-də Dünya Azərbaycanlı Gəncləri Birliyinin (DAGB) təsis qurultayı keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinin cümə günü yaydığı məlumatda deyilir.

Təsis qurultayında xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən təsis edilmiş təşkilatların nümayəndələrindən, respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçilərindən, dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan fəal azərbaycanlı gənclərdən, həmçinin Azərbaycan diaspor təşkilatlarının rəhbərlərindən ibarət nümayəndə və qonaqların iştirakı nəzərdə tutulub.

Qurultayda Dünya Azərbaycanlı Gəncləri Birliyinin Nizamnaməsi qəbul olunacaq, DAGB-nin rəhbər orqanları seçiləcək, xaricdə yaşayan azərbaycanlı gənclərin təşkilatlanması və cəmiyyətə inteqrasiyası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarının tətbiqi, Azərbaycan lobbi quruculuğu gənclərin baxış bucağında və s. mövzular ətrafında müzakirələr aparılacaq.

"Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq 2010-cu il noyabr ayında Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresinin qətnaməsinə əsasən, Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb. Bakıda ötən il keçirilmiş Dünya Azərbaycanlılarının III Qurultayının qətnaməsində Dünya Azərbaycanlı Gəncləri Birliyinin təsis edilməsi təşəbbüsü təqdir edilib və bu prosesin sürətləndirilməsi üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti