...

Gələn ildən turistlər Azərbaycanda xizək sürə biləcəklər

Cəmiyyət Materials 11 Fevral 2012 13:27 (UTC +04:00)
Gələn ildən Azərbaycanın Qusar rayonunda turistlər xizək sürə biləcəklər.
Gələn ildən turistlər Azərbaycanda xizək sürə biləcəklər

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İsabalayeva/

Gələn ildən Azərbaycanın Qusar rayonunda turistlər xizək sürə biləcəklər. Trend-in məlumatına görə, bunu şənbə günü Bakıda səfərdə olan Argentinanın turizm naziri Karlos Enrike Meyerlə görüşündə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Qarayev bildirib ki, Azərbaycana gələn turistlərin sayı ilbəil artır.

"5 il əvvəl Azərbaycana 1 milyondan az turist gəlmişdisə, ötən il bu rəqəm 2 milyon 234 min nəfər olub. Azərbaycanda hər il 40-50 hotel inşa edilir. Hazırda 42 hotel tikilir", - Qarayev əlavə edib.

Şahdağ Qış-Yay Turizm Kompleksi Qusar rayonunun mərkəzindən 32 km məsafədə olacaq. Kompleksin ümumi tikintisi 4 mərhələyə bölünüb.

Xəbər lenti

Xəbər lenti