...

Azərbaycanda diplomların seriyaları elektron qaydada müəyyənləşəcək

Cəmiyyət Materials 15 Fevral 2012 14:03 (UTC +04:00)
Azərbaycanda ali məktəbi bitirən məzunların diplomlarının seriyası ilk dəfə olaraq, bu ildən xüsusi proqram təminatı vasitəsilə müəyyənləşəcək.
Azərbaycanda diplomların seriyaları elektron qaydada müəyyənləşəcək

Azərbaycan, Bakı, 15 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəbi bitirən məzunların diplomlarının seriyası ilk dəfə olaraq, bu ildən xüsusi proqram təminatı vasitəsilə müəyyənləşəcək. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat veriblər.

Məlumatda bildirilir ki, proqram özü hansı seriyalı diplomun hansı məzuna verilməsini müəyyən edəcək. İndiyədək isə ali məktəblərin təqdim etdiyi siyahı əsasında nazirlik diplomların seriyasını müəyyən sıralanmış qaydada verib.

"Məsələn, 1-dən 100-dək olan seriyalar hansısa ali məktəbə verilirdi. Sonradan isə həmin seriyaların hansı məzunlara verildiyini öyrənmək üçün məktəblərdən yenidən siyahı alınırdı. Bu isə xeyli əlavə vaxt aparırdı", - nazirlikdən deyilib.

Əlavə edilib ki, hazırda orta məktəbi bitirən şagirdlərə şəhadətnamələr və attestatların seriyaları elektron qaydada müəyyən edilir. Buna görə də buraxılış imtahanları başa çatdıqda hansı nömrəli attestatın hansı şagirddə olması barədə nazirlikdə məlumat olur. Həmin məlumatlar operativ qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edilir.

Xəbər lenti

Xəbər lenti