...

Bakıda BMT-nin əməkdaşının anasını qətlə yetirən şəxs saxlanılıb

Cəmiyyət Materials 20 Fevral 2012 10:42 (UTC +04:00)
Bakıda BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasını xüsusi amansızlıqla qətlə yetirən şəxs saxlanılıb.
Bakıda BMT-nin əməkdaşının anasını qətlə yetirən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasını xüsusi amansızlıqla qətlə yetirən şəxs saxlanılıb.

Binəqədi rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Elmira İsmayılovanı yaşadığı evdə qətlə yetirərək mənzilə od vuran şəxs mərhumun qonşusu, Natiq Hümbətov saxlanılıb.

23 yaşlı Hümbətov dindirilmə zamanı hadisəni qarət məqsədilə törətdiyini etiraf edib.

Qeyd edək ki, fevralın 17-də 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılova naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Ev sahibəsi qətlə yetirildikdən sonra mənzil yandırılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını ala biliblər.

BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyi 2008-ci ildə fəaliyyətini dayandırıb.

Xəbər lenti

Xəbər lenti