...

Rabitə Nazirliyi rəqəmsal TV-yə keçid üçün təlimat hazırlayır

Cəmiyyət Materials 5 Mart 2012 10:04 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəqəmsal yayım formatına keçid üzrə geniş ictimaiyyət üçün təlimat hazırlayır.
Rabitə Nazirliyi rəqəmsal TV-yə keçid üçün təlimat hazırlayır

Azərbaycan, Bakı, 5 mart / Trend, ümxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəqəmsal yayım formatına keçid üzrə geniş ictimaiyyət üçün təlimat hazırlayır. Trend-in məlumatına görə, bu barədə nazirliyin məlumatında deyilir.

Məlumata görə, təlimatda yeni yayım standartı haqqında məlumat, rəqəmsal yayıma keçidlə bağlı bütün zəruri tələblər öz əksini tapacaq.

Təlimatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Rəqəmsal yayıma keçid üçün abonentlərin dekoder alması zəruridir.

Xəbər lenti

Xəbər lenti