...

Bakıda ilaxır çərşənbə ilə bağlı məşəlin Gənclər meydanına gətirilməsinə başlanılıb (FOTO)

Cəmiyyət Materials 13 Mart 2012 16:33 (UTC +04:00)
Bu gün saat 10:00 radələrində ilaxır çərşənbə münasibətilə 12 atlı süvarinin müşayiəti ilə 5 fayton və 6 dəvədən ibarət Novruz personajları, musiqiçilər və digər iştirakçıları aparan bayram karvanı musiqi sədaları altında İçərişəhərin Qoşa Qala qapısının qarşısından hərəkətə başlayıb.
Bakıda ilaxır çərşənbə ilə bağlı məşəlin Gənclər meydanına gətirilməsinə başlanılıb (FOTO)

Azərbaycan, Bakı, 13 mart / Trend müxbir E.Mehdiyev/

Bu gün saat 10:00 radələrində ilaxır çərşənbə münasibətilə 12 atlı süvarinin müşayiəti ilə 5 fayton və 6 dəvədən ibarət Novruz personajları, musiqiçilər və digər iştirakçıları aparan bayram karvanı musiqi sədaları altında İçərişəhərin Qoşa Qala qapısının qarşısından hərəkətə başlayıb.

Trend-in məlumatına görə, Novruz bayramı tədbirləri çərçivəsində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş yürüş Suraxanı rayonunda "Atəşgah" məbədində başa çatacaq.

Orada yandırılmış məşəl Qoşa Qala qapısının qarşısındakı Gənclər meydanına gətiriləcək və bu odla bayram tonqalı alovlandırılacaq. Gənclər meydanında saat 18:20-dən bayram konserti başlayacaq və saat 20:00-da atəşfəşanlıq olacaq.

Qeyd edək ki, şənliklə əlaqədar dünən saat 21:00-dan bu gün saat 23:00-dək İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişdiyi yerdən Qoşa Qala qapısının qarşısındakı Gənclər meydanı istiqamətində nəqliyyatın hərəkəti dayandırılıb.

Xəbər lenti

Xəbər lenti