Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir K.Zərbalıyeva/
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Məclisdə Ailə, qadın və uşaq komitəsinin yaradılması təklifini müsbət qarşılayır.
Trend-in məlumatına görə, Hüseynova cümə axşamı jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Dövlət Komitəsi ombudsman Elmira Süleymanovanın bununla bağlı təklifini müsbət qarşılayır.
"Parlamentdə belə bir komitə yaransa, pis olmaz", - Hüseynova deyib.
Qeyd edək ki, Azərbaycan ombudsmanı Elmira Süleymanova Milli Məclisdə Ailə, qadın və uşaq komitəsinin yaradılmasını təklif edib.
Hicran Hüseynova Milli Məclisdə Ailə, qadın və uşaq komitəsinin yaradılması təklifini müsbət qarşılayır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Məclisdə Ailə, qadın və uşaq komitəsinin yaradılması təklifini müsbət qarşılayır.