...

Azərbaycanda "Psixiatriya yardımı haqqında" qanuna dəyişikliklər ediləcək

Cəmiyyət Materials 16 Mart 2012 15:37 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclasında qanuna dəyişikliklər müzakirə olunub.
Azərbaycanda "Psixiatriya yardımı haqqında" qanuna dəyişikliklər ediləcək

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Psixiatriya yardımı haqqında" qanuna dəyişikliklər ediləcək.

Trend-in məlumatına görə, bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclasında qanuna dəyişikliklər müzakirə olunub.

Dəyişikliklərə görə, insan hüquqları üzrə müvəkkilin (ombudsman) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən psixiatriya müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslərlə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək hüququ var.

Onların, həmçinin psixiatriya müəssisəində saxlanılan şəxslərin həmin yerdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, psixiatriya müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək hüququ var.

Yeni dəyişikliklər ombudsmana, həmçinin psixiatriya müəssisələrinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ verir.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, qanuna edilən bu dəyişikliklər insan hüquqlarının qorunması sahəsində mühüm addımdır.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti