...

Şamaxı rayonunun Muğanlı kəndində sürüşmənin aktivləşməsinin səbəbləri açıqlanıb

Cəmiyyət Materials 24 Mart 2012 10:49 (UTC +04:00)
Azərbaycanın Şamaxı rayonunun Muğanlı kəndində sürüşmənin aktivləşməsinin səbəbləri açıqlanıb.
Şamaxı rayonunun Muğanlı kəndində sürüşmənin aktivləşməsinin səbəbləri açıqlanıb

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın Şamaxı rayonunun Muğanlı kəndində sürüşmənin aktivləşməsinin səbəbləri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev şənbə günü Trend-ə deyib ki, sürüşmənin aktivləşməsinə səbəb atmosfer çöküntülərinin miqdarının artması, sızılan suyun ərazidəki sürüşmə kütləsini təşkil edən süxurlara infentrasiya etməsi, onların nəmliyinin, plastikliyinin artması, bütün strukturunun pozulması olub.

Niftiyev bildirib ki, Muğanlı kəndində sürüşmə olduqca çox aktivləşib. Hazırda sürüşmə sahəsi dinamik aktiv vəziyyətdədir, sürüşmə sahəsində inkişaf davam edir. Sürüşmə kəndin şimal-şərq hissəsindən - Bakı-Şamaxı-Ağsu-Yevlax amtomagitsralının sol kənarından başlayaraq kəndin mərkəzi hissəsinə doğru hərəkət edir. Artıq sürüşmə kütləsi böyük sahəni əhatə edir. Sürüşmə kütləsinin uzunluğu təxminən 920-950 metrə, eni 85-350 metrə çatıb, qırılma qaşı 2 metrə qədərdir. Sürüşmənin qırılma qaşında paralel uzunluğu 50-70 metr olan çatlar da müşahidə edilir.

"Bütün çatlarda, sürüşmə kütləsi üzərində qrunt sularının çıxışları müşahidə edilir. Bu da sürüşmənin daha aktiv fazada inkişafına səbəb olur", - baş mühəndis əlavə edib.

O bildirib ki, sürüşmə ərazisindəki evlərə hazırda baxış keçirilir.

Sürüşmə kütləsi üzərindəki 3 ev tamamilə dağılıb, 11 ev tam qəzalı vəziyyətdədir. Digər tikililərə - məktəb binası, sosial inzibati binalar və fərdi yaşayış evlərinə də hazırda texniki baxış həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti