...

IDEA kampaniyasının dəstəyi ilə Azərbaycanın bir neçə şəhərində "Yer Saatı" kampaniyası keçiriləcək

Cəmiyyət Materials 31 Mart 2012 14:00 (UTC +04:00)
31 mart saat 20:30-da dünyanın hər yerində yüz milyonlarla insanı elektrik enerjisindən istifadəsiz bir saat – “Yer saatı” bir araya gətirəcək.
IDEA kampaniyasının dəstəyi ilə Azərbaycanın bir neçə şəhərində "Yer Saatı" kampaniyası keçiriləcək

Azərbaycan, Bakı, 31 mart /Trend/

31 mart saat 20:30-da dünyanın hər yerində yüz milyonlarla insanı elektrik enerjisindən istifadəsiz bir saat - "Yer saatı" bir araya gətirəcək.

"Yer Saatı" kampaniyası ilk dəfə 2007-ci ildə Sidney şəhərində baş tutub. Hər il mart ayının son şənbə günü kampaniyaya qoşulan böyük şəhərlərin simvolları olan binaların işıqlandırılması bir saatlıq müddətinə söndürülür. Bununla da kampaniya iştirakçıları təbiətin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizədə birgə olduqlarını bəyan edirlər.

Kampaniya müddətində bütün dünya üzrə Eyfel qülləsi, Misir ehramları, Bukinqem Sarayı, Sidney Opera Evi və digər bu kimi möhtəşəm tikililərin işıqlanması bir saat müddətində dayandırılır. Bu il kampaniyaya 147 ölkədən 5000 şəhər qatılacaq.

Xatırladaq ki, Azərbaycanda bu kampaniya ilk dəfə olaraq 2011-ci il tarixində keçirilib və Azərbaycan qlobal kampaniyaya dəstək verən 120 ölkə sırasına daxil olub. Bu il "Yer Saatı" kampaniyası ölkənin bir neçə şəhərində IDEA kampaniyasının dəstəyi ilə həyata keçiriləcək. Planetin qorunmasına dəstək olaraq Bakı şəhərində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda Bakı şəhərinin simvolu olan Qız Qalası, Şirvanşahlar Sarayı, Park Bulvar, Hilton Otel, Bridge Plaza, Azərbaycan Texniki Universiteti kimi tikililərin işıqları bir saatlıq söndürüləcək. Paytaxtla yanaşı Gəncə, Lənkəran, Lahıcda da kampaniyaya qoşulacaqlar.

Ölkə üzrə ən böyük "Yer Saatı" aksiyası isə 31 mart saat 20:00-da Qız Qalasının işıqlarının söndürülməsi ilə baş tutacaq.

Əlavə məlumat: www.earthhour.az

Xəbər lenti

Xəbər lenti