...

Milli Azərbaycan Tarix Muzeyinin nadir eksponatlarının internetdə nümayişinə başlanılıb

Cəmiyyət Materials 2 Aprel 2012 14:16 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix Muzeyinin eksponatlarının internet vasitəsilə nümayişinə başlanılıb.
Milli Azərbaycan Tarix Muzeyinin nadir eksponatlarının internetdə nümayişinə başlanılıb

Azərbaycan, Bakı, 2 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarix Muzeyinin eksponatlarının internet vasitəsilə nümayişinə başlanılıb. Bunu bazar ertəsi Trend-ə AMEA-nın vitse-prezidenti, muzeyin direktoru Nailə Vəlixanlı deyib.

Onun sözlərinə görə, bu, muzeyin Avropa və Asiyanın muzeylər şəbəkəsi - ASEMUS-un layihəsi olan "Şah əsərlərin virtual kolleksiyası"na (http://masterpieces.asemus.museum) qoşulması sayəsində mümkün olub. Artıq bir neçə eksponat bu kolleksiyaya daxil edilib.

Vəlixanlı bildirib ki, bütün eksponatların internetlə nümayiş olunması çox çətindir. Hər bir muzey bu kolleksiyaya yalnız 10-20 eksponat daxil edə bilər. Azərbaycan da öz nadir eksponatlarını bu kolleksiyaya daxil etməklə milli mədəniyyətini təbliğ edə biləcək.

Qeyd edək ki, layihədə yüzdən artıq muzey təmsil olunub. Onların içərisində Avstriya, Çin, Almaniya, Yaponiya, Hindistan, Pakistan, İtaliya, Fransa muzeylərini göstərmək olar. MDB məkanında yalnız iki dövlət - Rusiya və Azərbaycan "Şah əsərlərin virtual kolleksiyası"nda iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti