...

"Biz birlikdə bacararıq" fotomüsabiqəsinə artıq 200-dən çox şəkil təqdim olunub

Cəmiyyət Materials 2 Aprel 2012 14:17 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin 2012-ci ilin mart və aprel ayları ərzində 16-29 yaşlı gənclər arasında "Biz birlikdə bacararıq" devizi altında elan etdiyi fotomüsabiqəyə artıq 200-dən çox şəkil təqdim olunub.
"Biz birlikdə bacararıq" fotomüsabiqəsinə artıq 200-dən çox şəkil təqdim olunub

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.Mehdiyev/

Gənclər və İdman Nazirliyinin 2012-ci ilin mart və aprel ayları ərzində 16-29 yaşlı gənclər arasında "Biz birlikdə bacararıq" devizi altında elan etdiyi fotomüsabiqəyə artıq 200-dən çox şəkil təqdim olunub.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, münsiflər heyəti tərəfindən seçiləcək şəkillərin müəllifləri mükafatlandırılmaqla bərabər, onların adları da qeyd olunmaqla, təqdim etdikləri fotolar bütün dünyada böyük maraqla baxılan www.baku2020.com saytında nümayiş olunacaq.

Müsabiqə 2020-ci il Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsinə dəstək olaraq reallaşır. Ən maraqlı məqam isə müsabiqəyə Bakı şəhəri də daxil olmaqla, Azərbaycanın bütün regionlarından marağın göstərilməsidir. Müsabiqədə I yerə layiq görüləcək iştirakçı 400 manat, II yerə layıq görüləcək iştirakçı 300 manat, III yerə layıq görüləcək iştirakçılar isə 2 nəfər olmaq şərti ilə ayrı-ayrılıqda 200 manat pul mükafatı və diplomlarla təltif olunacaqlar. Təqdim olunan fotoşəkillər www.baku2020.com saytında nümayiş olunacaq.

Fotoşəkillər Azərbaycanın zəngin mədəniyyətini, idman infrastrukturunun inkişafını, təbii irsinin dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ olunmasını, ölkənin idman sahəsində qazandığı uğurlarını əks etdirməlidir.

Müsabiqədə iştirak etmək istəyən gənclər fotoşəkilləri [email protected] elektron ünvanına göndərməlidir. Hər bir iştirakçı 5-dək fotoşəkil təqdim edə bilər. Təqdim olunan hər bir fotoşəkilin adı qeyd olunmalıdır. Hər bir iştirakçı haqqında məlumat (adı, soyadı, təvəllüd, telefon nömrəsi) əlavə olunmalıdır.

Xəbər lenti

Xəbər lenti