...

Azərbaycan telekanallarına film və teleserialların çəkilişi ilə bağlı maliyyə vəsaiti ayrılıb

Cəmiyyət Materials 6 Aprel 2012 16:50 (UTC +04:00)
Milli Televiziya və Radio Şurasının cümə günü növbəti iclası keçirilib.
Azərbaycan telekanallarına film və teleserialların çəkilişi ilə bağlı maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Milli Televiziya və Radio Şurasının cümə günü növbəti iclası keçirilib.

Şuradan Trend-ə verilən məlumata görə, iclasda milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə bağlı "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nə, "ANS Müstəqil Yayım və Media Şirkəti"nə, "Azad Azərbaycan Teleradio Şirkəti"nə, "Lider TV və Radio Azərbaycan" MMC-yə, "Space Müstəqil Teleradio Şirkəti"nə və "Xəzər TV" MMC-yə hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 500 000 manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılıb.

Xəbər lenti

Xəbər lenti