...

Azərbaycan Parlamenti "İnformasiya əldə etmək haqqında" qanuna dəyişikliklər edəcək

Cəmiyyət Materials 10 Aprel 2012 10:26 (UTC +04:00)
Azərbaycan Parlamenti "İnformasiya əldə etmək haqqında" qanuna dəyişikliklər edəcək.
Azərbaycan Parlamenti "İnformasiya əldə etmək haqqında" qanuna dəyişikliklər edəcək

Azərbaycan, Bakı, 10 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamenti "İnformasiya əldə etmək haqqında" qanuna dəyişikliklər edəcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, yeni qanun layihəsində informasiya müvəkkili, onun səlahiyyətləri ilə bağlı maddələr qanundan çıxarılıb.

Qanuna informasiya sorğusunun icrasından imtina edilməsi və ya lazımınca icra olunmaması barədə şikayətin verilməsi ilə bağlı yeni müddəanın əlavə olunması təklif edilib. Həmin təklifdə qeyd olunur ki, sorğuçu informasiya sorğusunun icrasından imtina edilməsi və ya lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və təqdim edilən cavabda (məlumatda) qeyd edir.

Qanunun icrasına nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsman) həvalə olunub.

Ombudsman qanunun icrasına nəzarəti "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş qaydada həyata keçirəcək.

Xatırladaq ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa edilən son əlavə və dəyişikliklərdən sonra informasiya müvəkkilinin səlahiyyətləri Ombudsmana verilib. Bununla əlaqədar olaraq "İnformasiya əldə etmək haqqında" qanuna əlavə və dəyişikliklər edilir.

Qanun layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti