...

Mehriban Əliyeva humanitar fəaliyyət sahəsində "Birliyin ulduzları" dövlətlərarası mükafatına layiq görülüb

Cəmiyyət Materials 10 Aprel 2012 14:57 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva humanitar sahədə fəaliyyətinə görə "Birliyin ulduzları" dövlətlərarası mükafatına layiq görülüb.
Mehriban Əliyeva humanitar fəaliyyət sahəsində "Birliyin ulduzları" dövlətlərarası mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva humanitar sahədə fəaliyyətinə görə "Birliyin ulduzları" dövlətlərarası mükafatına layiq görülüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İTAR-TASS agentliyi MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna istinadən xəbər verir.

Xatırladaq ki, bu mükafat 2009-cu ildə MDB ölkələrinin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunub. "Birliyin ulduzları" dövlətlərarası mükafatı hər il elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahəsində MDB ölkələri arasında humanitar əməkdaşlığa böyük töhfə vermiş şəxslərə təqdim olunur.

Mükafatın təntənəli təqdimetmə mərasimi aprelin 13-də, Moskvada, Rusiya Dövlət Kitabxanasının Paşkov Evində keçiriləcək. Bu il mükafatın laureatları arasında Bakulev adına Ürək-Damar Cərarhiyyəsi Elmi Mərkəzinin rəhbəri Leo Bokereya, Qırğızıstanın mədəniyyət və idman naziri İbrahim Cunusov, Qazaxıstanın Auezov adına Ədəbiyayt və İncəsənət İnstitutunun direktoru Seit Kaskabasov və başqaları var.

Xəbər lenti

Xəbər lenti