...

Azərbaycanda uşaqlarda əlilliyin erkən yaşlarda qarşısının alınması qanunvericiliklə tənzimlənəcək

Cəmiyyət Materials 11 Aprel 2012 16:32 (UTC +04:00)
Azərbaycanda uşaqlarda əlilliyin erkən yaşlarda (3 yaşadək) aşkarlanması, müdaxilə və kompleks reabilitasiya əsasında qarşısının alınması qanunvericiliklə tənzimlənəcək.
Azərbaycanda uşaqlarda əlilliyin erkən yaşlarda qarşısının alınması qanunvericiliklə tənzimlənəcək

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda uşaqlarda əlilliyin erkən yaşlarda (3 yaşadək) aşkarlanması, müdaxilə və kompleks reabilitasiya əsasında qarşısının alınması qanunvericiliklə tənzimlənəcək.

Trend-in məlumatına görə, bu barədə müddəa Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında komitənin sədri Hadı Rəcəbli deyib ki, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna təklif olunan dəyişikliklər sırasında müzakirə olunur.

Həmçinin, qanuna xəstəliklərin profilaktikası məqsədilə yeyinti məhsullarının, xüsusilə duz, un, süd və şəkərin mikronutriyentlərlə zənginləşdirilməsi və müvafiq normativ hüquqi aktların hazırlanması əlavə olunacaq.

Xəbər lenti

Xəbər lenti