...

Ombudsman cəzaçəkmə müəssisəsindəki nöqsanlarla bağlı ədliyyə nazirinə müraciət edib

Cəmiyyət Materials 12 Aprel 2012 10:51 (UTC +04:00)
Ombudsman cəzaçəkmə müəssisəsindəki nöqsanlarla bağlı ədliyyə nazirinə müraciət edib.
Ombudsman cəzaçəkmə müəssisəsindəki nöqsanlarla bağlı ədliyyə nazirinə müraciət edib

Azərbaycan, Bakı, 12 aprel / Trend müxbir K.Zərbalıyeva/

Ombudsman cəzaçəkmə müəssisəsindəki nöqsanlarla bağlı ədliyyə nazirinə müraciət edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) növbəti uzunmüddətli başçəkmə həyata keçiriblər.

Məqsəd həmin qrupun 6 saylı CÇM-ə əvvəlki başçəkmələr zamanı müəssisə rəhbərliyinə verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılması, məhkumlarla rəftarın və saxlanma şəraitinin yoxlanılması, eyni zamanda CÇM-də saxlanılan şəxslərin qəbul edilməsi olub.

Başçəkmə, o cümlədən cərimə təcridxanasına baxış zamanı müəssisədə 40-dək məhkum təklikdə, konfidensial şəkildə qəbul edilib.

Başçəkmə zamanı müəssisədə bəzi nöqsanlar - cərimə təcridxanası kameralarının müasir standartlara tam cavab verməməsi, yeməkxana anbarında sanitariya qaydalarına tam riayət edilməməsi, sanitar qovşağının məhkumların sayına uyğun olmaması və digər hallar aşkar edilib.

Baxış keçirilmiş müəssisənin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Müəssisədə müasir və çoxsaylı avadanlıqla təchiz olunmuş kompüter otaqlarının, məscidin olması, təmizliyə riayət edilməsi, yeni obyektlərin tikintisi, cərimə təcridxanasında və digər obyektlərdə aparılan təmir işləri, o cümlədən məhkumların asudə vaxtlarını səmərəli keçirməsi üçün burada kitabxananın, idman zalının təmiri, futbol və voleybol meydançalarının, başçəkmə günü müəssisə rəisinin də daxil olduğu və məhkumlardan ibarət komandanın futbol oyununun təşkili müsbət qiymətləndirilib.

Başçəkmənin nəticələri ilə bağlı ombudsman ədliyyə nazirinə müraciət edib.

Nəticələr nəzərə alınaraq, MPM qrupunun həmin müəssisəyə təkrar başçəkmə həyata keçirməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti