...

Azərbaycan tələbələri türkdilli ölkələrdə təhsil almaq üçün geniş imkanlar əldə edə bilər

Cəmiyyət Materials 17 Aprel 2012 16:46 (UTC +04:00)
Azərbaycan tələbələri Türkiyə, Qazaxıstan və Qığızıstanda təhsil almaq üçün geniş imkanlar əldə edə bilərlər.
Azərbaycan tələbələri türkdilli ölkələrdə təhsil almaq üçün geniş imkanlar əldə edə bilər

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan tələbələri Türkiyə, Qazaxıstan və Qığızıstanda təhsil almaq üçün geniş imkanlar əldə edə bilərlər.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov çərşənbə axşamı Trend-ə bildirib ki, qurumun 14-15 iyun tarixlərində Qırğızıstanın paytaxtı Bişkəkdə keçiriləcək III plenar sessiyasında TürkPA-ya daxil olan ölkələrin ali təhsil səviyyəsində əməkdaşlığının genişlənməsi müzakirə olunacaq.

Onun sözlərinə görə, bu məsələ TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyası tərəfindən tövsiyə olunub.

Həsənovun sözlərinə görə, TürkPA-ya daxil olan ölkələrin birində təhsil alan tələbənin diplomunun digərlərində tanınması, təhsilinin qalan hissəsini başqa türkdilli ölkədə davam etdirməsi və digər məsələlər təklifdə öz əksini tapır.

Baş katibin sözlərinə görə, TürkPA-nın III plenar sessiyası zamanı təklif təsdiqlənərsə, üzv dövlətlərin parlamentlərinə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti