...

Yol Polisi Bakı-Quba-Rusiya sərhədi yolunda körpünün uçması ilə əlaqədar rəsmi məlumat yayıb

Cəmiyyət Materials 18 Aprel 2012 11:08 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsi Qubada körpünün uçması ilə əlaqədar rəsmi məlumat yayıb.
Yol Polisi Bakı-Quba-Rusiya sərhədi yolunda körpünün uçması ilə əlaqədar rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 18 aprel / Trend müxbir K.Zərbalıyeva/

Respublika Baş Dövlət Yol Polisi İdarəsi Qubada körpünün uçması ilə əlaqədar rəsmi məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumata görə, Bakı-Quba-Rusiya sərhədi yolunun 156-cı km-də, daşqın səbəbindən Qaraçay üzərindəki körpünün bir hissəsinin çökməsi nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Bununla əlaqədar BDYPİ Bakıdan Qubaya, eləcə də əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri sürücülərdən xahiş edir ki, həmin istiqamətlərə getmək üçün Gəndob-Xaçmaz-Quba və ya Gəndob-Yalama alternativ yollarından istifadə etsinlər.

Xəbər lenti

Xəbər lenti