...

Azərbaycanda ekoloji qanunvericiliyi pozanlara 90 min manatdan çox məbləğdə cərimə tətbiq edilib

Cəmiyyət Materials 20 Aprel 2012 10:07 (UTC +04:00)
Azərbaycanda ekoloji qanunvericiliyin pozulması ilə bağlı 90 min manatdan çox məbləğdə cərimə tətbiq edilib.
Azərbaycanda ekoloji qanunvericiliyi pozanlara 90 min manatdan çox məbləğdə cərimə tətbiq edilib

Azərbaycan, Bakı, 20 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycanda ekoloji qanunvericiliyin pozulması ilə bağlı 90 min manatdan çox məbləğdə cərimə tətbiq edilib.

Trend-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə günü bildirilib ki, qurumun Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2012-ci ilin 1-15 aprel tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 110 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 49 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 28 iş üzrə 91 100 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 21 iş üzrə 2188 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 162 iş üzrə 31273 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 7, icra qurumlarına isə 14 iş göndərilib.

Xəbər lenti

Xəbər lenti