...

Gəncə ilə Çexiyanın Olomuts şəhəri qardaşlaşmış şəhərlər elan olunacaq

Cəmiyyət Materials 23 Aprel 2012 17:10 (UTC +04:00)
Çexiyanın Olomuts vilayətinin qanunverici orqanı Rada Azərbaycanın Gəncə şəhəri ilə Olomuts şəhəri arasında əməkdaşlıq haqqında protokolu təsdiqləyib.
Gəncə ilə Çexiyanın Olomuts şəhəri qardaşlaşmış şəhərlər elan olunacaq

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir M.Əliyev/

Çexiyanın Olomuts vilayətinin qanunverici orqanı Rada Azərbaycanın Gəncə şəhəri ilə Olomuts şəhəri arasında əməkdaşlıq haqqında protokolu təsdiqləyib.

Trend-in məlumatına görə, bundan sonrakı mərhələdə iki şəhər arasında "Qardaşlaşmış şəhərlər elan olunması barədə" saziş imzalanacaq.

Olomuts şəhərindəki Azərbaycan icmasının rəhbəri Ələkbər İlyasov bildirib ki, bu məqsədlə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-da Çexiyanın Olomuts şəhərinə işgüzar səfərə gedəcək.

Səfər çərçivəsində Elmar Vəliyev Olomuts qubernatoru Martin Novotnı ilə görüşəcək və əməkdaşlıq imkanlarını müzakirə edəcək. Tərəflər gələcəkdə iqtisadiyyat, təhsil və turizm sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

Elmar Vəliyevin səfərindən sonra Olomuts qubernatoru Martin Novotnının da Gəncəyə səfəri nəzərdə tutulub.

Olomuts Çexiyanın ərazisinə görə 5-ci vilayətidir. Vilayətin əhalisinin sayı 100 min nəfərdir.

Gəncə ve Olomuts rəhbərliyi arasında ilk tanışlıq görüşü 2009-cu ilin aprelində olub. O zaman Olomuts İcra Hakimiyyəti rəhbərinin müavini Hana Tesarova Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Gəncəyə səfər edib.

Xəbər lenti

Xəbər lenti