...

Bakıda havanın temperaturu 6-8 dərəcə enəcək

Cəmiyyət Materials 30 Aprel 2012 13:30 (UTC +04:00)
Sabah Bakıda havanın temperaturu 6-8 dərəcə enəcək.
Bakıda havanın temperaturu 6-8 dərəcə enəcək

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda havanın temperaturu 6-8 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, mayın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, günün birinci yarısında 24-28, günün ikinci yarısında 18-20 dərəcə isti olacaq.

Mayın 1-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, xəzri və gilavar küləklərinin tez-tez bir-birini əvəz etməsi bəzi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Mayın 1-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti