...

Bakıda sərxoş sürücülərə qarşı reyd keçirilib

Cəmiyyət Materials 2 May 2012 14:16 (UTC +04:00)
Bakı Yol Polisi ötən gecə sərxoş sürücülərə qarşı reyd keçirib.
Bakıda sərxoş sürücülərə qarşı reyd keçirilib

Azərbaycan, Bakı, 2 may /Trend müxbir K.Zərbalıyeva/

Bakı Yol Polisi ötən gecə sərxoş sürücülərə qarşı reyd keçirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, ötən gecə keçirilən reydlərdə 16 sərxoş sürücü saxlanılıb, barələrində protokol tərtib edilib və inzibati qaydada cəzlandırılıblar.

Əsədov deyib ki, reydlərdə avtomobili pərdə-plyonkalı idarə edən 2, çoxavazlı, yüksək səs tonlu siqnallardan istifadə edən 3, avtomobili müvafiq sənədlər olmadan idarə edən 4, konstruksiyasına dəyişiklik edilmiş avtomobil idarə edən 8 sürücü saxlanılıb və inzibati qaydada cəzalandırılıb.

Xəbər lenti

Xəbər lenti