...

Rayonları təmsil edən nümunəvi ailələr mükafatlandırılacaq

Cəmiyyət Materials 4 May 2012 16:16 (UTC +04:00)
Respublikanın rayonlarını təmsil edən nümunəvi ailələr İsmayıllıda yığışacaq.
Rayonları təmsil edən nümunəvi ailələr mükafatlandırılacaq

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir K.Zərbalıyeva/

Respublikanın rayonlarını təmsil edən nümunəvi ailələr İsmayıllıda yığışacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Trend-ə bildirib ki, 15 may - Beynəlxalq Ailə Günü münasibətilə ənənəvi bayram tədbiri keçiriləcək.

Sofiyeva deyib ki, həmin tədbirdə iştirak edəcək ailələr kulinariya, əl işləri, yaradıcı nümunəvi ailə nominasiyaları üzrə keçirilən müsabiqələrdə qalib gəliblər.

Bayram şənliyində komitə tərəfindən diplomlar, qiymətli hədiyyələr, eyni zamanda, maarifləndirmə məqsədi daşıyan çap materialları veriləcək.

Bayramda qonaq qismində tanınmış ictimai xadimlər, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcək.

BMT Baş Assambleyasının 1993-cü il 20 sentyabr qətnaməsinə müvafiq olaraq, hər il may ayının 15-i Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının regionlarında bu bayram artıq 5 ildir keçirilir.

Bundan öncə bayram tədbirləri Şamaxı, Lənkəran, Qax və Xaçmaz rayonlarında keçirilib.

Xəbər lenti

Xəbər lenti