...

Respublika Seysmoloji Xidmət Mərkəzi Zaqatalada ikinci zəlzələnin baş verdiyi barədə rəsmi məlumat yayıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 7 May 2012 11:15 (UTC +04:00)

Son iki abzas əlavə olunub

Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/

Respublika Seysmoloji Xidmət Mərkəzi Zaqatalada baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Trend-ə daxil olan məlumatda bildirilir ki, yerli vaxtla saat 09:40-da, Zaqatala rayonundan 17 km cənub-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ 10 km dərinlikdə, 5,50 maqnitudada qeydə alınıb.

Zəlzələ Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz, Qazax, Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub.

Tikililərdə dağıntı var. İnsan təlafatı yoxdur.

Zaqatalada yeraltı təkanlar davam edir. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün yerli vaxtla saat 10:38-də Zaqatala rayonundan 16 km cənub-qərbdə zəlzələ qeydə alınıb.

Zəlzələ 4,50 maqnitudada, 11 km dərinlikdə baş verib.

Xəbər lenti

Xəbər lenti