...

FHN zəlzələ zamanı Qaxda orta məktəb binasının dağılması barədə yayılan məlumatlara aydınlıq gətirib

Cəmiyyət Materials 7 May 2012 17:37 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi zəlzələ zamanı Qaxda orta məktəb binasının dağılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
FHN zəlzələ zamanı Qaxda orta məktəb binasının dağılması barədə yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi zəlzələ zamanı Qaxda orta məktəb binasının dağılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, bəzi informasiya vasitələrində bu gün Zaqatala rayonunda baş vermiş zəlzələ zamanı Qax rayonu Meşəbaş kənd orta məktəbinin binasının dağılması və şagirtlərin xəsarət alması barədə məlumatlar həqiqətəuyğun deyil.

Meşəbaş kənd bələdiyyə sədri Fira Koşaioşvilinin Fövqəladə Hallar Nazirliyinə verdiyi məlumata əsasən, qeyd edilən kənd məktəbinin idman zalında 1 kvadratmetr sahədə qismən dağıntılar olub, xəsarət alan olmayıb.

Xəbər lenti

Xəbər lenti