...

Şamaxının kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilməyib

Cəmiyyət Materials 9 May 2012 14:30 (UTC +04:00)
Mayın 8-də Şamaxının bəzi ərazilərində baş vermiş daşqınlar bu rayona elə də böyük ziyan vurmayıb.
Şamaxının kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilməyib

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İ.İsabalayeva/

Mayın 8-də Şamaxının bəzi ərazilərində baş vermiş daşqınlar bu rayona elə də böyük ziyan vurmayıb.

Bunu çərşənbə günü Trend-ə Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qasım Qasımov deyib.

Onun sözlərinə görə, Şamaxının 8 kəndinin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsi barədə məlumatlar şişirdilib.

Komissiya sədri əlavə edib ki, bəzi kəndlərin yollarında problem olub. Amma problem artıq aradan qaldırılıb.

"Bu təbii fəlakət nəticəsində əsas faciəvi hadisə 1 nəfərin ölümü olub. Başqa fəsad yoxdur. Adətən, belə hallardan sonra çoxlu müraciətlər edilir. Ancaq belə müraciətlər yoxdur", - Qasımov əlavə edib.

O, artıq Şamaxıda havanın yaxşılaşdığını da qeyd edib.

Qeyd edək ki, mayın 8-də Fövqəladə Hallar Nazirliyi Şamaxıda sel təhlükəsi ilə qarşılaşan 22 nəfəri xilas edib. Şamaxı rayonu ərazisinə yağmış güclü yağış nəticəsində Ovçulu kəndində kənd sakini Bilal Alməmmədovu sel aparıb.

Xəbər lenti

Xəbər lenti