...

Zaqatalada orta məktəblər və bağçalar bağlanıb

Cəmiyyət Materials 16 May 2012 13:23 (UTC +04:00)
Bu gündən Zaqatalada orta məktəblərdə dərslər müvəqqəti dayandırılıb.
Zaqatalada orta məktəblər və bağçalar bağlanıb

Azərbaycan, Bakı, 16 may / Trend müxbir İ.İsabalayeva/

Bu gündən Zaqatalada orta məktəblərdə dərslər müvəqqəti dayandırılıb. Bunu çərşənbə günü Trend-ə Zaqatala rayon icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov deyib.

Onun sözlərinə görə, bu gündən bağçaların fəaliyyəti də dayandırılıb. Buna səbəb rayon ərazisində təkanların davam etməsi və mümkün insan tələfatının qarşısını almaqdır.

Bu məsələlərin Təhsil Nazirliyi ilə razılaşdırıldığını deyən Ramazanovun sözlərinə görə, rayon ərazisində qəzalı vəziyyətə düşən təhsil müəssisələrinin sayı getdikcə artır. Hazırda Zaqatalada 47 məktəb, 28 məktəbəqədər təhsil müəssisəsi qəzalı vəziyyətdədir.

O bildirib ki, zəlzələ nəticəsində rayonda fəaliyyət göstərən 61 məktəbdən 47-si qəzalı vəziyyətə düşüb, 2 idman zalı və 28 uşaq bağçası istifadəyə yararsızdır.

Qeyd edək ki, mayın 7-də səhər saatlarında Zaqatalada 7 bal gücündə zəlzələ qeydə alınmışdı. Həmin gün Zaqatalada daha 8 zəlzələ baş vermişdi. Nəticədə rayonda 3 minə yaxın ev, 124 sosial obyekt uçub və ya tam qəzalı vəziyyətdədir.

Dünən isə Zaqatalada 3 zəlzələ qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti